Axtarış...

Kritik İnfrastrukturlarda Kibermüdafiə


2025-ci ilin 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirilmişdir. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilib.

İkinci dəfə keçirilən “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulmuşdur. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” kibersahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamışdır.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, təhsil və telekommunikasiya müəssisələrinin, bankların informasiya texnologiyaları üzrə komandalarının yarışı təşkil edilmişdir.
Bununla yanaşı, tədbir çərçivəsində “Kibertəhlükəsizlik” sərgisi, “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun IT üzrə masterklas təşkil olunmuş və iştirakçılara kiberdünyada qlobal çağırışlar, kibertəhdidlər üzrə panel müzakirələrini dinləmək imkanı yaradılmışdır.