Axtarış...

Resurs İdarəetmə Mərkəzi


Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən dövlət qurumlarıyla interaktiv əlaqəni təkmilləşdirmək üçün ”Resurs İdarəetmə Mərkəzi”ni istifadəyə vermişdir.

ticket.jpg

Resurs İdarəetmə Mərkəzi CERT.GOV.AZ-ın elektron xidməti olaraq dövlət orqanlarının KİMM ilə təhlükəsiz informasiya mübadiləsinin təşkili, interaktivliyin artırılması ilə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə yaradılmışdır. Dövlət orqanları bu sistemdə xüsusi təhlükəsizlik qaydalarına uyğun olaraq qeydiyyatdan keçməklə bu sistemdə özlərinə şəxsi kabinet yaratmış olurlar. Dövlət qurumları sistemdəki şəxsi kabinetlərindən istifadə edərək KİMM ilə kriptoqrafik məlumat mübadiləsində iştirak edir, müvafiq bölmə və prioritetlərə uyğun sorğu açır, təhlükəsizlik bildirişləri və ya xəbərdarlıqlarını xəbərlərdən və ya saytlardan deyil, bir başa Resurs İdarəetmə Mərkəzindən əldə edirlər. Resurs İdarəetmə Mərkəzi eyni zamanda sorğuların qeydiyyat sistemini mükəmməlləşdirmişdir ki, bu da eyni zamanda gələcəkdə sorğu statistikasına uyğun olaraq problemlərin araşdırılıb qabaqlayıcı tədbirlərin görülməsinə eyni zamanda göstərilən xidmət səviyyəsinin ölçülməsinə və yüksəldilməsinə də öz töhvəsini verir.