AzStateNet (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AzStateNet Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AzStateNet şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.
AzStateNet şəbəkəsi əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Şəbəkənin idarə edilməsinin əsas mərkəzi (AzStateNet şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra, XRİTDA) sərəncamındadır. Əsas GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə əsas GOV.AZ domeninin serverlərinə qoşulmuş AzStateNet şəbəkəsinin abunəçiləri üçün İP ünvanlarının verilməsini XRİTDA həyata keçirir.
XRİTDA öz sərəncamında olan texniki vasitələrlə bu Qaydalar və zərurət yarandıqda, qəbul edilə biləcək digər hüquqi sənədlər əsasında GOV.AZ domeninin DNS-nin fəaliyyətini təmin edir (1 və 2 nömrəli əlavələr). AzStateNet şəbəkəsinin əsas və ərazi seqmentlərinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanı ilə XDMX-nin üzərinə qoyulmuş vəzifələrlə müəyyən edilir. XRİTDA *.GOV.AZ subdomenlərinin inzibatçılarını və AzStateNet şəbəkəsinin abunəçilərini şəbəkənin fəaliyyətində və ondan istifadə qaydalarında olan dəyişikliklər barəsində məlumatlandırır.
Bu Qaydalara riayət edilməsinə ümumi nəzarət tərkibində XRİTDA-nın, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələri olan Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Bu tərkib genişləndirilə bilər.
Abunəçilərin AZSNET şəbəkəsinə qoşulması qaydaları
- AZSNET şəbəkəsinin abunəçiləri (abunəçilər qrupu) Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanları, onların struktur hissələri və digər dövlət təşkilatları (ayrı-ayrı vəzifəli şəxslərədək) ola bilərlər.
- Abunəçilərin (abunəçilər qrupunun) AZSNET şəbəkəsinə ilkin qoşulması aşağıdakı üsullarla həyata keçirilir:
- 2.1orqanın rəhbəri XDMX-yə AZSNET şəbəkəsinin informasiya-kommunikasiya resurslarına qoşulmaq üçün müraciət göndərir; müraciətdə aşağıdakılar göstərilir:
- -AZSNET şəbəkəsinin abunəçisi olacaq orqanın (təşkilatın) rəsmi adı (Azərbaycan və ingilis dillərində);
- -AZSNET şəbəkəsinə qoşulma zərurətinin əsaslandırılması;
- -orqanın lokal abunəçilərinin (hostlarının) sayı və internet (AZSNET) şəbəkəsinin zəruri xidmətlərinin siyahısı;
- -orqanın internet (AZSNET) şəbəkəsinin digər abunəçiləri üçün açıq olan informasiya resurslarının siyahısı;
- -AZSNET lokal şəbəkəsinin serverlərinin yerləşdirilməsi üçün ayrılan yerin ünvanı və kateqoriyalaşdırılması;
- -yuxarıda göstərilən serverlərin inzibatlaşdırılmasına təyin olunan əməkdaşların adları, soyadları və telefon nömrələri;
- 2.2XDMX-nin Xüsusi Rabitəsi sərəncamında olan texniki və maliyyə imkanlarına uyğun olaraq abunəçi ilə birlikdə AZSNET şəbəkəsinə qoşulma ardıcıllığını, kommunikasiyalara texniki qoşulmanın konkret variantını müəyyən edir, abunəçi üçün zəruri olan avadanlıqların və proqram təminatının tərkibi barədə tövsiyələr, abunəçiyə identifikatorları və daxiloma parollarını verir.
- 2.1orqanın rəhbəri XDMX-yə AZSNET şəbəkəsinin informasiya-kommunikasiya resurslarına qoşulmaq üçün müraciət göndərir; müraciətdə aşağıdakılar göstərilir:
- Abunəçi orqan XDMX-nin Xüsusi Rabitəsinə öz abunəçilərinin qeydiyyat məlumatlarına dair dəyişikliklər (orqanın adının, strukturunun dəyişdirilməsi, iş yerinin ünvanının dəyişməsi, məsul şəxslərin dəyişməsi, AZSNET şəbəkəsindən ayrılma və s.) barədə vaxtında məlumat verməlidir.
- Orqan tərəfindən tələb olunan internet (AZSNET) şəbəkəsinin informasiya-kommunikasiya resursları yalnız abunəçilər və serverlərin inzibatçıları tərəfindən internet şəbəkəsindən əldə edilmiş proqram məhsulu informasiya və informasiya-kommunikasiya sahibi tərəfindən elan edilmiş proqram məhsullarına və informasiyaya daxil olma, onlardan istifadə etmə və yayma qaydalarına riayət etmək üzrə öhdəliklər barədə sənəd imzalandıqdan sonra təqdim olunur (2 nömrəli əlavə).
AZSNET şəbəkəsinin abunəçilərinin öhdəlikləri
- AZSNET şəbəkəsi Ümumdünya İnternet Şəbəkəsinin bir hissəsidir və Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı açıq informasiya mübadiləsində, habelə beynəlxalq informasiya mübadiləsində istifadə edilə bilər.
- AZSNET şəbəkəsindən aşağıdakı məqsədlərlə istifadə edilə bilər:
- 2.1Azərbaycan Respublikasında, həmçinin digər ölkələrdə fəaliyyət göstərən orqanlarla informasiya mübadiləsi həyata keçirilməsi üçün;
- 2.2mərkəzi hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə onların işçilərinin peşəkarlığının yüksəldilməsi üçün zəruri olan müxtəlif növlü məlumatların əldə edilməsi üçün;
- 2.3nəticələrinin tətbiq edilməsi kommersiya və hərbi məqsədlərlə bağlı olmayan sosioloji, statistik və sair tədqiqatların aparılması üçün;
- 2.4xidməti yazışmaların həyata keçirilməsi üçün;
- 2.5Azərbaycan Respublikasına məxsus və beynəlxalq informasiya resurslarından istifadə etmək üçün.
- Aşağıdakı məqsədlər üçün AZSNET şəbəkəsindən istifadə edilməsi qadağandır:
- 3.1AZSNET şəbəkəsi vasitəsi ilə ondan istifadə edərək, özünə aid olmayan kommersiya fəaliyyətinin həyata keçirilməsi;
- 3.2şəxsi mənafe və məqsədlər;
- 3.3istənilən növ kommersiya reklamı;
- 3.4Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına ziyan vura bilən fəaliyyət növləri ilə məşğul olmaq;
- 3.5Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmiş fəaliyyət növləri ilə məşğul olmaq;
- 3.6dövlət sirri təşkil edən və tərkibində yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya yerləşən informasiya sistemlərini, rabitə şəbəkələrini və fərdi kompüterləri internet şəbəkəsinə qoşmaq.
AZSTATE.net şəbəkəsinə qoşulmaq üçün ilkin müraciət forması : AzstateNet