Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyi akademik Zərifə Əliyevanın məzarını ziyarət etmişlər

Cari ilin 28 aprel tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbərliyi akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş anım tədbirində iştirak etmişdir. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və rəhbər heyəti Zərifə xanım Əliyevanın Fəxri xiyabandaki məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad etmişlər. Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə çələng qoyulmuş və çiçəklər düzülmüşdür.