Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir
Bununla əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq cari ilin 29 aprel tarixində Xidmətin texniki mərkəzində Azərbaycan Texniki Universitetində informasiya təhlükəsizliyi sahəsində bakalavr və magistr pillələrində təhsil alan xüsusi fərqlənən tələbələr arasında sahə üzrə qiymətləndirmə testi keçirilmişdir.
Çıxış edənlər belə tədbirlərinin keçirilməsinin tələbələrin praktiki təcrübəsi və dünyagörüşü, eləcə də kibertəhlüləsizlik sahəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamış, tələbələrə uğurlar arzulamışdır.
Qeyd edək ki, qiymətləndirmə testində iştirak edən tələbələrə sertifikatlar ,qaliblər isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılacaqdır.