Axtarış...
CERT.gov.az OIC-CERT-in İdarə Heyətinə seçildi
İlk öncə xatırlatmaq istərdik ki, CERT.gov.az 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Birliyinə (OIC-CERT) tamhüquqlu üzv seçilmişdir. Fəaliyyət müddəti çərçivəsində bir çox qarşılıqlı mübadilələr aparılmışdır. CERT.GOV.AZ cari ilin dekabr ayında Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində OİC-CERT-in 8-ci Beynəlxalq Konfransı zamanı keçirilən qapalı iclasında İdarə Heyətinə seçilmişdir. Konfrans və forum müzakirələrinə 21 üzv ölkədən mütəxəssislər, o cümlədən bir sıra beynəlxalq informasiya təhlükəsizliyi şirkətləri və informasiya təhlükəsizliyi mütəxəsisləri qatılmışdır. Konfrans və forum müzakirələri zamanı kiber hücumların iqtisadi təsirləri, təhlükəsizlik yoxsa rahatlıq, kiber insidentlər və onlarla mübarizə, APT hücumlar (Advanced Persistent Threats) kimi mövzularda seminar çıxışları olmuş, təcrübə mübadiləsi və forum müzakirə aparılmış, o cümlədən müxtəlif hücum ssenarilərinin birgə təhlili təcrübədən keçirilmişdir.
OIC İdarə Heyəti: https://www.oic-cert.org/en/theboard.html