Axtarış...
Naxçıvan Muxtar Respublikasının daha iki Nazirliyinin saytı “GOV.AZ” zonasına köçürüldü
Naxçıvan Muxtar Respublikasının Ədliyyə və Mədəniyyət Nazirliyinin elektron informasiya resursları yeni “njustice.gov.az” və "nculture.gov.az" domen adları ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.