Axtarış...

Naxçıvan Muxtar Respublikası dövlət qurumlarının “AzStateNet” şəbəkəsinə qoşulması işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin İT infrastrukturunun “AzStateNet” şəbəkəsinə qoşulması təmin olunmuşdur.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının “AzStateNet” şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.