Axtarış...
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir
Cari ilin 19-23 iyun tarixlərində Avstriya Respublikasının Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən "Nüvə dünyasında kompüter təhlükəsizliyi: Təhlükəsizliyin mühafizəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Xidmətin əməkdaşı Günay Əbdiyeva-Əliyeva "Maşın öyrənməsi (ML) alqoritmləri vasitəsilə şəbəkə əsaslı müdaxilələrin aşkarlanması" adlı məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası AEBA-nın statusuna qoşulmuşdur və təşkilatın tamhüquqlu üzvüdür.