Axtarış...
Kəngərli Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı "gov.az" zonasına köçürülüb
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı www.kengerli-ih.gov.az domen adı ilə "gov.az" zonasına köçürülmüşdür.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.