Axtarış...
XRİTDX tərəfindən 6 ay ərzində 100 milyonlarla zərərli virusun qarşısı alınmışdır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə "AzstateNet" dövlət şəbəkəsində 2023-cü ilin birinci yarısında 391 milyon 630 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 2 milyon 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanmış, 49 min 370 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısının alınmasını həyata keçirib.