Axtarış...

XRİTDX 1.5 milyona yaxın elektron poçtu blok etmişdir

Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanına əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 milyon 993 min elektron poçt emal edilmiş, onlardan 15 milyon 577 mini istifadəçilərə çatdırılmış, 1 milyon 416 mini zərərli tərkibli olması ilə blok edilmişdir. Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.