Axtarış...

XRİTDX tərəfindən 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmişdir

2023-cü ilin 1-ci yarımilində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatları hazırlanmış, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 221 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilmişdir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 1-ci yarımil ərzində 3650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.