Axtarış...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “AzStateNet” şəbəkəsinin qurulması davam edir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində “AzStateNet” şəbəkəsinin qurulması işləri davam etdirilir. Cari ilin ötən dövrü ərzində həmin ərazilərdə fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunmuşdur. “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.