Axtarış...

Azərbaycanda kibertəhlükəsizlik günləri keçirilir

Cari ilin 21 sentyabr tarixində Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı öz işinə başlamışdır. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslərin iştirakı nəzərdə tutulmuşdur.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, PROSOL şirkətinin İdarə heyətinin sədri Babək Ağayev, İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmert, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld və İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak etmişlər.
Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilmişdir. Konfransın ikinci günü kiberhücum simulyasiyası ssenarisi üzrə interaktiv panel olmaqla daha dörd panel müzakirə, həmçinin 10 kiberkomandanın iştirak edəcəyi və “Taxt Oyunları” konsepti əsasında kiberyarış təşkil olunacaqdır. Konfransın sonuncu günündə Azərbaycan Respublikasının Dövlət qurumları “İT rəhbərlərinin II-ci Zirvə Toplantısı” baş tutacaqdır. Qeyd edək ki, “İT rəhbərlərin I-ci Zirvə Toplantısı” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən cari ilin fevral ayında keçirilmişdir.