Axtarış...
Kibermüharibə yarışının II mərhələsinin qalibləri məlum oldu
26-27 oktyabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə təşkil olunacaq CIDC-2023 (Critical Infrastructure Defence Challange) tədbiri çərçivəsində keçirilən “Kibermüharibə” yarışının II onlayn mərhələsi uğurla başa çatmışdır.
Dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların, eyni zamanda təhsil müəssisələrinin ümumilikdə 31 komandanın qatıldığı "Kibermüharibə" yarışının II mərhələsi 29 sentyabr 2023-cü il tarixində saat 10.00-dan 18.00-dək davam etmişdir . İkinci mərhələdə əldə etdikləri nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş komandaların sıralaması aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - "0x5041"
2. Global Service Provider - "NetVault31337"
3. Bakı Ali Neft Məktəbi - "Squadron"
4. Azercell - "CyberCell"
5. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - "ACC Predators"
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - "Digital Rangers"
7. PASHA Bank - "Old School"
8. Kapital Bank - "CyberKapitalists"
9. Expressbank - "Xpr3ss1337"
10. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "AS4NS3C"
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - "KiberDost"
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı - "CBAR_Team"
13. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti - "Iron Fist"
14. PASHA Technology LLC - "This is the way"
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi - "MoD of Azerbaijan"
16. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - "UEIB"
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi - "1 Group"
18. Dövlət Gömrük Komitəsi - "Customs"
19. Azərbaycan İnvestisiya Holdinqi - "AİH"
20. Unibank - "UniCyberWarriors"
20, 21 və 22-ci yerləri eyni xal hesabı ilə bölüşən Unibank ASC - "UniCyberWarriors", AFB BANK ASC - "AzeIntruders" və Azerconnect - "CevahirTeam" komandaları birinci və ikinci mərhələlərdə eyni xal topladığından, növbəti mərhələyə vəsiqəni II mərhələdə qarşıya qoyulan tapşırıqları daha sürətli həll edən Unibank - "UniCyberWarriors" komandası qazanmışdır.
21. AFB BANK ASC – “AzeIntruders”
22. Azerconnect - "CevahirTeam"
23. Simbrella Bakı LLC - "SIMOPS"
24. AZINTELECOM - "Seclusion"
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - "Cyber Force"
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi - "CyberJustice"
27. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi - "TechLockDown"
28. French-Azerbaijani University - UFAZ - "CyberSiege"
29. ADA Universiteti - "Firewall Force"
30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi - "SN"
31 Azer Turk Bank - “Bastion”
Digər komandaların nəticələri ilə müqayisədə nisbətən aşağı nəticə göstərmiş son 11 komandanın hazırkı “Kibermüharibə” yarışındakı mübarizəsi sona çatmışdır. Bu il qazandıqları təcrübədən istifadə etməklə növbəti illərdə həmin komandaların daha uğurlu nəticələr göstərəcəyinə ümid edirik.
Xatırladaq ki, “Kibermüharibə” yarışını I mərhələdə dayandıran komandalar aşağıdakılar idi:
32. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi - "Alinja-Gala Cyber Wizards"
33. Xalq Bank - "XSecurity"
34. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - "ADSEA"
35. Azərbaycan Texniki Universiteti - "AzTu-SEC"
36. Azərbaycan Dövlət Pedaqoji Universiteti - "Müəllimlər"
37. Muganbank - "MuganSec"
38. Bank "BTB" - "Bank BTB"
39. Şirvan Şəhər İcra Hakimiyyəti - "BRAVE"
40. Azərbaycan Respublikasının Baş Prokurorluğu - "Baş Prokurorluq"
41. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - "DSX"
Növbəti mərhələyə vəsiqə qazanmış 20 komandanın final yarışı fiziki məkanda – Bakı Konqres Mərkəzində CIDC-2023 tədbirləri çərçivəsində "kibermüharibə" şəraitində baş tutacaqdır.
Bütün komandalara uğurlar arzu edirik!