Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteni
542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmişdir:
2023-cü ilin 3 rübü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatları hazırlanmış, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilmişdir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 3 rübü ərzində 5418 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.