Axtarış...
XRİTDX və Mərkəzi Bank arasında Anlaşma Memorandumu imzalanmışdır
Cari ilin 26 oktyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumu XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.
Həmçinin, Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”-in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədar birgə fəaliyyətin təşkili nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanmışdır.