Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Zəfər günü münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edərək, böyük Qələbəmizin ilkin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam edilməsini vurğulamışdır. Eyni zamanda Xidmət rəisi 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini və 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşunun məhz Ali Baş Komandanın apardığı müdrik siyasət nəticəsində bərpa edildiyini vurğulamışdır.

Sonda Xidmət rəisi tərəfindən “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunan əməkdaşlara orden və medallar təqdim olunmuşdur.