Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ümummilli Liderin məzarını ziyarət edib

Azərbaycan Respublikasının dövlət xadimi, görkəmli siyasətçisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Ulu Öndərin Fəxri xiyabandaki məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anmışlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.