Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir

Cari ilin ötən dövrü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi məqsədilə müvəqqəti istifadəyə verilmiş 11 baza stansiyasının tam əsaslı təmiri və qurulması işləri başa çatdırılmışdır. Digər sahələrdə işlər paralel olaraq və mərhələli şəkildə davam etdirilir.