Axtarış...

"Tusi Paleon - Lightweight Malware Forensics" alətinin yeni versiyası təqdim edildi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tədqiqi Laboratoriyası (Malware Research Lab) tərəfindən zərərverici ekspertizası üçün hazırlanmış "Tusi Paleon - Lightweight Malware Forensics" alətinin 1.2 versiyası istifadəyə verildi. Məlumat üçün qeyd edək ki, ötən ilin sentyabr ayında 1.0b beta versiyası təqdim edilən "Tusi Paleon - Lightweight Malware Forensics" alətinin yeni 1.2 versiyasının istifadəçi təlimatı da yenilənmişdir.


Daha ətraflı məlumat üçün:

https://cert.gov.az/news/tusi-paleon-azerbaycanda-ilk-yerli-zereverici-ekspertizasi-aleti-8184

https://mrl.cert.gov.az/az/pages/view/tusipaleon

https://mrl.cert.gov.az/az/news/view/19