Axtarış...
M.Ə.Vəliyevə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adının verilməsi haqqında

M.Ə.Vəliyevə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi rabitə sisteminin inkişafı və təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlərinə görə general-mayor Mürsəl Əli oğlu Vəliyevə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 avqust 2010-cu il
№ 1069