Axtarış...

Azərbaycan Texniki Universitetinin tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandumda” nəzərdə tutulmuş tədbirlər çərçivəsində Universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Nadir Novruzov və Azər Məlikov “Praktiki nüfuzetmə testləri” mövzusunda tələbələrə praktiki təlim keçiblər. Məruzəçilər nüfuzetmə testlərinin məqsədləri, mərhələləri və alətləri barədə qısa məlumat verib, sızma testlərinin bütün mərhələlərini, o cümlədən boşluqların aşkarlanması və istismarını əhatə edən praktiki laboratoriya işlərini nümayiş etdiriblər, boşluqların aradan qaldırılması üzrə zəruri tədbirləri diqqətə çatdırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb və onlara tövsiyələr verilib.