Axtarış...

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak etmişdir

Cari ilin 18-19 aprel tarixlərində Avstriyanın Vyana şəhərində ATƏT-in Transmilli Təhdidlər Departamenti tərəfindən təşkil edilən “Kiberinsidentlərin təsnifatı” mövzusunda konfrans keçirilmişdir.

Sözügedən konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Ximdətinin (XRİTDX) nümayəndəsi F.Cəfərov iştirak etmiş, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"nın tələblərinə əsasən XRİTDX tərəfindən kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərdən ətraflı məlumat vermişdir.

Konfransda üzv ölkələrin kiberinsidentlər zamanı eskalasiya trayektoriyalarının qarşısı necə ala biləcəklərinə diqqət yetirilmiş və kritik informasiya infrastrukturlarının qorunması zamanı sərhədyanı əməkdaşlığın vacibliyi qeyd olunmuşdur.