Axtarış...
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk Kollegiya iclası keçirilmişdir
İclası giriş sözü ilə açan Kollegiyanın sədri general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 mart tarixli 55 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının tərkibi”nin təsdiq olunduğunu və hazırda Kollegiyanın ilk iclasının keçirildiyini vurğulamışdır.
Xidmət rəisi müvafiq əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyası haqqında Əsasnamə”yə uyğun olaraq, Kollegiyanın Xidmətin fəaliyyətinin əsas istiqamətləri üzrə məsələlərə kollegial şəkildə baxaraq müvafiq qərarlar qəbul edən orqan olduğunu bildirmişdir. Eləcə də, İ.Musayev Kollegiyanın iclaslarında Xidmətin fəaliyyətinin əsas istiqamətləri, döyüş hazırlığının və ictimai hazırlığın vəziyyəti, hərbi qulluqçuların attestasiyasının nəticələri, Xidmətin maliyyə və təsərrüfat fəaliyyəti, icra intizamının vəziyyətinin müzakirə olunduğunu və müvafiq qərarlar qəbul edildiyini qeyd etmişdir.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənildi və müzakirə olunan məsələlər ətrafında Kollegiya üzvləri və müstəqil qurum rəisləri çıxış etdilər. Kollegiya iclasına yekun vuran general-leytenant İlqar Musayev qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verdi.