Axtarış...
XRİTDX “Rəqəmsal transformasiya və Kibertəhlükəsizlik Beynəlxalq Sammiti”ndə iştirak etmişdir
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətin (XRİTDX) əməkdaşları 19-21 may 2024-cü il tarixlərində Qahirə şəhərində Misirin Ali Kibertəhlükəsizlik Şurası tərəfindən təşkil olunan “Rəqəmsal transformasiya və Kibertəhlükəsizlik Beynəlxalq Sammiti”ndə iştirak etmişdirlər. Sammit çərçivəsində XRİTDX-nın idarə rəisi Tural Məmmədov “İKT və Rəqəmsal həllərin istifadəsi zamanı kibertəhlükəsizliyin və etibarın təmin edilməsi” mövzusunda panel müzakirələrində məruzəçi qismində çıxış etmiş, rəqəmsal transformasiyanın informasiya təhlükəsizliyi strategiyalarına təsirindən, kibertəhlükəsizlik üzrə kadr çatışmazlığı probleminin həlli üçün kadr potensialının sürətli artırılmasında dünya təcrübəsində istifadə olunan metod və yollardan danışmışdır.