Axtarış...
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı davam etdirir
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sahə üzrə elmi-pedaqoji təcrübəyə malik, yüksəkixtisaslı mütəxəssisləri Bakı Biznes Universitetində olub, Universitetin aidiyyəti professor-müəllim heyəti ilə görüş keçirmişlər. Görüş informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə zəruri olan kompetensiyalara (bilik, bacarıq və səriştə) aid tələbatların mənimsənilməsi, adekvat perspektivli ixtisasların müəyyən olunması, təlim-tədris və maddi-texniki bazanın inkişafına töhfə vermək məqsədilə təşkil olunmuşdur.
Görüşdə sahə üzrə tədris olunan fənlər, tədris proqramları və sillabuslara işçi qaydada baxılaraq daha səmərəli təşkil olunması üçün rəy və təkliflər verilmişdir.
Məlumat üçün bildiririk ki, ötən il dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Bakı Biznes Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.