Axtarış...

Agentliyinin CERT mərkəzi əməkdaşlıq etdiyi “Team Cymru” təşkil etdiyi “Underground Cyber Economy 2019” konfransında məruzəçi kimi iştirak etmişdir

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT mərkəzi əməkdaşlıq etdiyi “Team Cymru” kibertəhlükəsizlik laboratoriyasının Avropa Şurası və Avropa İttifaqının dəstəyi ilə Fransanın Strasburq şəhərində təşkil etdiyi ictimaiyyət üçün qapalı olan “Underground Cyber Economy 2019” konfransında məruzəçi kimi iştirak etmişdir. 150 namizəd məruzəçi arasından seçilən Xidmətin nümayəndəsi Tural Məmmədov öz məruzəsində CERT mərkəzinin mütəxəssislərinin, xüsusən də Tural İsmayılovun səyi nəticəsində  “Muddy Water” kiberqruplaşmasının ölkəmizdəki fəaliyyətinin zərərsizləşdirilməsi barəsində çıxış etmişdir. Çıxış zamanı kiberqruplaşmanın sadəcə Azərbaycanı deyil, eyni zamanda 148 ölkədə 55,564 istifadəçini də hədəfə (şəkil.1) aldığının müəyyən edilməsi barədə məlumat verilmişdir.  Məruzə zamanı, həmçinin bu məlumatların hədəf ölkələrin CERT mərkəzləri ilə mübadilə ediləcəyi vurğulanmış, kibercinayətlərlə mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın rolunun vacibliyi qeyd olunmuşdur.