• Gün
  • Saat
  • Dəqiqə
  • Saniyə

Axtarış...

XRİTDX 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edir

Cari ilin 20-22 iyul tarixilərində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir. Tədbirin əsas mövzusu yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə kimi mövzuları əhatə edir.
Forumda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin stendi nümayiş olunub. Stenddə Xidmətin informasiya təhlükəsizliyi sahəsində gördüyü işlər, xüsusən də dezinformasiya və deepfake texnologiyaları ilə mübarizə həlləri təqdim olunub.