Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteni

1. Cari ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 679,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3,818,400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185,163 zərərverici tərkibli elektron sənəd blok edilib. Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə III rüb ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 53, ümumilikdə cari ilin doqquz ayı ərzində isə 77 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilmişdir.

pages-5870719-3447539.jpg

 

pages-5785634-1839781.jpg

2. Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilmişdir. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınmışdır. Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunmuşdur.

pages-6304259-3148609.jpg

3. Cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 23,478,567 elektron poçt emal edilmişdir ki, onlardan 21,738,530-u istifadəçilərə çatdırılmış, 1,740,037-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilmişdir.

pages-6344267-7486615.jpg