Axtarış...
Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən mükafatlandırılıb
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik sahəsində təhsil alan tələbələrin maarifləndirilməsi, onların bilik və bacarıqlıarının artırılması və ixtisaslı kadr kimi formalaşdırlıması məqsədilə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssələri ilə sıx əməkdaşlığını davam etdirir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində Xidmət tərəfindən Universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələrinin kibertəhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqəsidilə növbəti müsabiqə keçirilib.
Müsabiqənin nəticələrinə əsasən, Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs bakalavr tələbələri Səməd Əlifxanov və Sübhan Məmmədov, Universitetin nəzdində Yüksək Təhsil İnstitutunun dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşmasının magistr tələbələri Araz Əliyev və İnci Abdullayeva xüsusi fərqlənərək qalib elan olunublar.
Qaliblər Xidmət tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Memorandum çərçivəsində Xidmət tərəfindən Universitetdə “Zərərverici Analizi Labaratoriyası”nın tələbələrin istifadəsinə verilməsi və növbəti semestrlərdə də xüsusi fərqlənən tələbələrin mükafatlandırılması məqsədilə müsabiqələrin keçirilməsi nəzərdə tutulur.