Axtarış...
OIC-CERT İdarə Şurasının üzvləri “Kibertəhlükəsizlik Sənayesində İmkanlar və Çətinliklər” konfransında iştirak etmişlər
22-24 aprel
2019-cu ildə, Malayziyanın Cyberjaya şəhərində (Menara Cyber Axis) İslam Əməkdaşlığı
Təşkilatının Kiber İnsidentlərlə Mübarizə Mərkəzləri Birliyinin (OIC-CERT) İdarə Heyətinin iclası keçirilmişdir.
Üzvlüyün, işçi qrupların illik planlarının, konfrans planının və idarəetmə strukturunun və Badan Siber (İndoneziya) tərəfindən təşkil olunacaq 11-ci OIC-CERT 2019-cu ilin yekun illik konfransının müzakirə olunması üçün bu iclasda altı ölkə iştirak etmişdir.
İdarə heyətinin iclasından sonra, OIC-CERT İdarə Şurasının dörd üzvü, cənab Bader Al-Salehi, Dr. Muhammad Salman (İndoneziya), cənab Tural Məmmədov (Azərbaycan) və cənab Ahmed Mohamed Helmy (Misir), müvafiq olaraq öz ölkələrində kibertəhlükəsizlik istiqamətində görülən işlər, mövcud əməkdaşlıqlar və sahənin qlobal vəziyyəti haqqında danışmaq üçün “Kibertəhlükəsizlik Sənayesində İmkanlar və Çətinliklər” konfransında çıxış etmişdir.
Malaysiya Kibertəhlükəsizlik Mərkəzi bu iclası kibertəhlükəsizlik sahəsi üzrə idarəetmənin effektivliyinin artırılması üçün texniki sessiyalar vasitəsilə məlumat mübadiləsi və mövcud kibertəhlükəsizlik məsələlərinin müzakirə olunması məqsədi ilə təşkil etmişdir.
Tədbir zamanı Malaysiya Kibertəhlükəsizlik Mərkəzi sahə üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi və genişləndirməyi, o cümlədən ekspert biliklərinin mübadiləsinin genişləndirilməsi imkanlarını və OIC-CERT üzv ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini qarşısına məqsəd qoyduğunu bəyan etmişdir.
Mənbə:
CYBERSECURITY
MALAYSIA – “CYBERNEWS”
https://www.cybersecurity.my/cybernews/2019/Q2/eng/apr.html