Axtarış...

XRİTDX beynəlxalq seminarda iştirak edib

Pakistanın İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) və “Huawei” şirkətinin təşkilatçılığı ilə “İƏT ölkələrində kibertəhlükəsizlik: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Seminarda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Fəxri Cəfərov “Milli kibertəhlükəsizliyin gücləndirilməsi: Dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunmasında CERT.gov.az mərkəzinin rolu” mövzusunda çıxış etmişdir. O, çıxışında Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində görülən işlər, həmçinin 135 ölkədə 270741 kompüteri yoluxduran kiberqruplaşmanın ifşası haqqında seminar iştirakçılarına məlumat vermişdir.

Seminarın növbəti günündə XRİTDX-nın nümayəndəsi “Təhlükəsiz gələcək üçün siyasət çərçivələri” adlı panel sessiyasında iştirak etmişdir.

300-dən artıq nümayəndənin iştirak etdiyi tədbir İƏT üzv dövlətlərində kibertəhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək, təcrübələri paylaşmaq, riskləri azaldmaq və əməkdaşlığı gücləndirmək üçün strategiyaların hazırlanmasını hədəfləmişdir.