Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti beynəlxalq sahədə əməkdaşlığı davam edir
Cari ilin 20 dekabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Dr. Adrian Viktor Vevera ilə görüş keçirmişdir.
Görüşdə tərəflər Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu tərəfindən imzalanmış 3 tərəfli Memorandum əsasında yaradılmış Beynəlxalq Kiberdiplomatiya Mərkəzinin gələcək fəaliyyəti, rəhbərlər üçün yüksək səviyyəli təlim proqramlarının hazırlanması, NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənmiş "Cyber Polygon" layihəsi, Rumıniyanın “deepfake” və dezinformasiya ilə mübarizə mexanizmləri, eləcə də bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirə etmişlər.
Qeyd edək ki, ötən ilin aprel ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.