Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət etmişlər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilmiş, məzarlarına qərənfillər düzülmüşdür. Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.