Axtarış...
XRİTDX-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmiş, burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olmuşlar.
Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra Xidmətin inzibati binasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi misilsiz xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və milli təhlükəsizlik sahəsində həyata keçirdiyi uzaqgörən siyasətdən ətraflı danışmışdır.
Tədbirdə, həmçinin digər iştirakçılar da öz ürək sözlərini bildirmişlər. Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.