Axtarış...
“Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulu istifadəyə verildi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının istifadəsinə verdiyi “Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulunu istifadəyə vermişdir.
Yeni istifadəyə verilmiş modul vasitəsi ilə dövlət qurumları Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kiberhücumların analizi zamanı aşkar edilmiş və dövlət şəbəkələrinin təhlükəsizliyi məqsədi ilə AZSTATENET şəbəkəsində blokladığı kibertəhlükəsizlik indikatorları ilə tanış ola biləcək, onların bloklanma səbəblərini və istifadə olunduğu hücum növləri barədə məlumat ala biləcəkdir.
Sistem eyni zamanda dövlət qurumlarının özlərinin aşkar etdiyi kiberhücum indikatorlarını da Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə göndərilməsi, yoxlanılması və statusunun izlənilməsi funksiyaları ilə təmin edilmişdir.