Axtarış...

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi təsdiq edildi  

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 14 avqust 2025-ci il tarixli Fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi təsdiq edilmişdir.
 
Fərmana əsasən rəsmi emblem Xidmətin rəmzi olmaqla, onun fəaliyyət istiqamətləri, vəzifələri və peşəkar dəyərlərini əks etdirir. Emblem Xidmətin bütün rəsmi sənədlərində, xidmət geyimlərində, inzibati binalarda, texniki və rabitə vasitələrində, nəqliyyat vasitələrində, həmçinin digər inventarlarda istifadə ediləcəkdir.
 
Bu Fərman, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi simvolunun hüquqi statusunu müəyyən etməklə, ictimaiyyət və beynəlxalq tərəfdaşlar tərəfindən tanınmasını təmin edir. Eyni zamanda, emblem Xidmətin rəmzi olaraq hər bir əməkdaşa xidməti vəzifələrini vicdanla, peşəkarlıqla və yüksək məsuliyyətlə yerinə yetirmək öhdəliyini xatırladır.