Axtarış...

XRİTDX-nin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər

26 sentyabr — Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əməkdaşlarının Peşə Bayramı günüdür.

Bununla əlaqədar olaraq Xidmətin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, Ulu Öndərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoymuşlar. Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoymuşlar.

Peşə Bayramı günü  Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.