Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Anım Günü ilə bağlı tədbir keçirmişdir

 
Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir.
Bu münasibətlə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti “Hərbi Qənimətlər Parkı”nı ziyarət etmişdir.
Tədbir çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə və ekspozisiya önünə gül dəstələri qoyulmuşdur. “Hərbi Qənimətlər Parkı”nda təqdim olunan ekspozisiyalar Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığının bariz nəticəsidir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bütün şəhidlərimizə ehitaramını bir daha ifadə etmişlər.