Axtarış...

A.M.İsmayılova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi polkovnik Anar İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilmişdir. 

Sərəncamı diqqətinizə catdırırıq: 

A.M.İsmayılova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

30 sentyabr 2025, 16:47
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2025-ci il