Axtarış...
Azərbaycan BMT-nin kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb
Oktyabrın 25–26-da Vyetnamın paytaxtı Hanoy şəhərində BMT "Kibercinayətkarlığa qarşı" Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev imzalayıb.
Tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş, Vyetnam prezidenti Lıonq Kuonq, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak ediblər.
Konvensiyanın əsas məqsədləri dövlətlər arasında kibercinayətkarlığa qarşı hüquqi əməkdaşlığın gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması və elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq tənzimlənməsidir.
Ümumilikdə sənədi 72 ölkə imzalayıb.
Qeyd edək ki, 2019-cu ildən etibarən Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən konvensiyanın hazırlanması prosesinə başlanılmışdır.