Axtarış...

XRİTDX tərəfindən dövlət qurumlarına qarşı 30 milyona yaxın zərərli keçid qeydə alınıb

Cari ilin oktyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 29 476 141 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 3 493 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmışdır.

Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 250 532 sayda zərərli fəaliyyətin qarşısı alınmışdır.

Kiberkəşfiyyat imkanlarından istifadə etməklə oktyabr ayı ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 10 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilmişdir.