Axtarış...

XRİTDX-nin şəxsi heyəti Dövlət Bayrağı Muzeyini ziyarət edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti 9 noyabr — Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət etmişdir.
Ziyarət zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, onun dövlətçilik rəmzi kimi əhəmiyyəti və milli atributlarımızın formalaşma mərhələləri barədə ətrafl məlumat verilmişdir. Həmçinin, şəxsi heyətə Dövlət Bayrağı ilə bağlı arxiv materialları, tarixi sənədlər və eksponatlar nümayiş olunmuşdur.
Qeyd edək ki, 9 noyabr – Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli, 162 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan bayrağı müstəqil dövlətimizin suverenliyini, xalqımızın birliyini və milli kimliyini ifadə edir.