Axtarış...

XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbinin tələbələri üçün ustad dərsi keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün ustad dərsi keçirilib. Təlim “İnformasiya təhlükəsizliyində idarəetmə və uyğunluq yanaşması” mövzusuna həsr olunmuşdur. Ustad dərsi XRİTDX ilə BANM arasında 13 iyun 2023-il tarixində imzalanmış "Əməkdaşlıq haqqında Memorandum" çərçivəsində təşkil olunub.   

Təlim zamanı informasiya təhlükəsizliyinin idarəetmə modeli, GRC (Governance, Risk Management, Compliance) yanaşmasının əsas komponentləri, beynəlxalq standartların tələbləri və uyğunluq prosesləri haqqında ətraflı məlumat verilib. Müzakirələrdə həmçinin təşkilatlarda idarəetmə çərçivəsinin formalaşdırılması, risklərin qiymətləndirilməsi, eləcə də təhlükəsizlik nəzarətlərinin effektiv tətbiqi kimi mövzulara toxunulub.

Təqdimat çərçivəsində tələbələrə beynəlxalq standartlara əsaslanan idarəetmə strukturlarının qurulması, uyğunluq auditi üçün metodologiyalar, real praktiki nümunələr barədə geniş izahlar təqdim edilib.