Axtarış...

XRİTDX BANM tələbələri üçün ustad dərsi təşkil edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Bakı Ali Neft Məktəbinin tələbələri üçün ustad dərsi keçirilib. Təlim "Rəqəmsal ekspertiza: kibertəhlükəsizlikdə və hüquqi proseslərdə etibarlı sübutların təmin edilməsi" mövzusuna həsr olunub.

Ustad dərsi XRİTDX ilə BANM arasında 13 iyun 2023-cü il tarixində imzalanmış "Əməkdaşlıq haqqında Memorandum" çərçivəsində təşkil edilib və tələbələrin informasiya təhlükəsizliyi və rəqəmsal ekspertiza sahəsində biliklərinin artırılmasını hədəfləyib.

Təlim zamanı rəqəmsal ekspertiza sahəsi üzrə məcburi biliklər, mütəxəssislərin rol və öhdəlikləri, beynəlxalq sertifikasiyalar, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Həmçinin kiberinsidentlərin araşdırılması zamanı sübutların toplanması, saxlanılması və hüquqi qüvvəsinin təmin edilməsi ilə bağlı mühüm məqamlara toxunulub.

Təqdimat çərçivəsində tələbələrə real praktiki nümunələr əsasında izahlar təqdim olunub, mövzu üzrə suallar cavablandırılıb və sahə üzrə praktiki yanaşmalar müzakirə edilib.