Axtarış...
Dövlət qurumlarında “İnformasiya Təhlükəsizliyinin Gücləndirilməsi” mövzusunda online konfrans keçirilmişdir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün 28-29 dekabr 2021-ci il tarixində “İnformasiya Təhlükəsizliyinin Gücləndirilməsi” mövzusunda online konfrans təşkil etmişdir.
2 gün ərzində keçirilmiş online tədbirdə dövlət qurumların 183 dövlət qurumunun 257 informasiya texnologiyaları və təhlükəsizliyi sahəsinə cavabdeh nümayəndəsi iştirak etmişdir.
Konfransda aşağıdakı mövuzlarda çıxışlar olmuş və daha sonra dövlət qurumlarının sahə üzrə çətinlikləri, rəy və təklifləri dinlənilmiş sualları cavablandırılmışdır:
- Dövlət qurumlarında daxili informasiya təhlükəsizliyi siyasətinin formalaşdırılması üzrə nümunəvi Təlimat necə olmalıdır;
- Yeni kiber təhdid trendləri və onlardan mühafizə necə təşkil edilməlidir;
- XRİTDX-nin kiber təhdidlərlə mübarizədə əldə etdiyi nailiyyətlər və kibermüdafiə üzrə statistikanın təqdimatı;
- Dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi ilə bağlı “Təhlükəsizlik” və “Kiber ayıqlıq” üzrə indeks göstəricilərinin təqdimatı;
- Kiber Gigiyena pilot layihəsi ilə bağlı məlumatlandırma;
- Suallar, rəy və təkliflər.