Axtarış...

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə qurumdaxili Təlimatlar hazırlanır

Ötən il İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumatlılığının artırılması məqsədi ilə nümunəvi informasiya təhlükəsizliyi təlimatı hazırlamış, həmçinin bu təlimatın dövlət qurumlarının hər birinin öz fəaliyyət istiqamətinə uyğunlaşdırması və tətbiq olunması üçün onlara metodiki yardım göstərmiş, onlara xüsusi təlimlər keçirmişdir. Hazırda 78 dövlət qurumu Komissiyanın tövsiyyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayıb təsdiq etmişdir.