Axtarış...

XRİTDX-də Peşə Bayramı ilə əlaqədar qanvermə aksiyası keçirilib

26 sentyabr – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarının peşa bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Xidmət əməkdaşlarının sosial məsuliyyət və humanizm ənənələrinə sadiqliyini nümayiş etdirən qanvermə aksiyası təşkil olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə yardım məqsədilə keçirilən aksiyaya XRİTDX-nin əməkdaşları fəal şəkildə qoşulublar.

Qanvermə aksiyasında iştirak edən əməkdaşlar bu xeyirxah təşəbbüsə dəstək göstərərək dövlətə, xalqa və Vətənə xidmətin peşə borcu ilə yanaşı yüksək humanist dəyərlərə əsaslanan məsuliyyət olduğunu da nümayiş etdiriblər.